Accessibility links

Qurani-Kərimə hörmətsizlik göstərilib - 2005-05-16


Nyusvik jurnalı Quantanamo həbsxanasında ABŞ müstəntiqlərinin müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə hörmətizlik göstərdiklərinə dair məqalədə yol verilən səhvə görə üzr istəyib. Buş administrasiyası bu gün bildirib ki, məqalə ciddi nəticələr vermiş və Amerikanın dünyadakı imicinə zərər vurmuşdur. Ağ Evin sözçüsü Skot Maklellan Nyusvikin məqaləni geri götürmədiyinə görə təəccübləndiyini bildirib. Xatırladaq ki, çarı ayın doqqzunda dərc edilən məqalədə deyilmişdi ki, sorğu-sual zamanı müsəlman məhbusların heysiyyətinə toxunulması məqsədi ilə quran unitaza atılmışdı. Məlumat Pakistan, Hindistan və Əfqaıstan daxil edilməklə, bir sıra ölkədə qəzəb və 17 adamın ölümü ilə nəticələnən etiraz aksiyalarına yol açmışdı.

XS
SM
MD
LG