Accessibility links

Əl Qaida terror şəbəkəsinin üçüncü şəxsi ələ keçirilib - 2005-05-16


Pakistan prezidenti Pərviz Müşərrəf Financial times qəzetinə verdiyi müsahibəsində deyib ki, Əl-Qaida terror şəbəkəsində üçüncü şəxs olan Əbü Fərəc Əl-Libbinin tutulması Əl-Qaida komandasının quruluşunda təfriqə salıb. Əl-Qaida bu ayın əvvəllərində Əl-Libbinin tutulması ilə yaxşı komandir və nəzarətçidən məhrum olub. Cənab Müşərrəf həmçinin bildirib ki, Əl-Libbinin tutulması ilə Osama Bin Ledinin harada olması barədə yeni məlumat əldə edilməyib. Pakistan Əbü Fərəc Əl-Libbini 2003-cü ildə iki dəfə prezident Müşərrəfə və bir dəfə baş nazir Şövkət Əzizə qarşı sui-qəsdlər təşkil etməkdə ittiham edib.

XS
SM
MD
LG