Accessibility links

Qumbaranın meydana necə keçirildiyi barədə məlumat verənə mükafat veriləcək - 2005-05-17


Gürcüstanın rəsmiləri keçən həftə ölkəyə səfər edən prezident Buşun Azadlıq meydanında çıxış edərkən qumbaranın oraya necə keçirildiyi haqda məlumat verən şəxsə 11 min dollar məbləğində mükafat təsis ediblər. Məbləği alacaq istintaqa kömək etmiş şəxsin adının gizli saxlanılacağı bildirilir. Xatırladırıq ki, qumbara Tbilisidə prezident Buşun on minlərlə insan arasına çıxdığı zaman onun dayandığı yerdən 50 metr aralıda tapılmışdır. Gürcüstan rəsmiləri qumbaranın aktiv olmadığını, Ağ Evsə pezidentin həyatına təhlükənin olmadığını bəyan edib.

XS
SM
MD
LG