Accessibility links

Kanada İranla əlaqələrini məhdudlaşdıracağını bildirib - 2005-05-17


Kanada Tehranın apelyasıya məhkəməsinin foto-şurnalist Zəhra Kazeminin qətli ilə bağlı işi yenidən nəzərdən keçirməsindən sonra İran hökuməti ilə əlaqələrini mədudlaşdıracağını elan edib. Kanadanın İrandakı səfirliyinin fəaliyyətinin dayandırılmayacağını qeyd edən xarici işlər naziri Pyer Pettigreu bü gün bildirib ki, Kanada lazımi istintaq aparılması tələblərini və onun sözləri ilə deyilsə, Zəhra Kazemini vəhşicəsinə qətlə yetirənin ədalət məhkəməsi qarşına çıxarılmasına dair təzyiqlərini davam etdərəcək. Qeyd edək ki, İranın apelyasiya məhkəməsi dünən qətllə bağlı dinləmələri başa çatdırmış və heç bir hökm çıxarmadan prosesi qapalı elan etmişdir.

XS
SM
MD
LG