Accessibility links

ABŞ rəsmiləri meydana qoyulmuş qumbaranın partlaya biləcəyini deyirlər - 2005-05-18


Birləşmiş Ştatların rəsmiləri bildirirlər ki, keçən həftə prezident Buşun Tbilisidə çıxışı zamanı meydana gətirilmiş qumbara partlaya bilərmiş. Federal Təhqiqat Bürosunun agenti Brayan Paarmanın açıqladığı bəyanat bundan əvvəl Gürcüstan rəsmilərinin qumbaranın aktiv olmadığı haqda məlumatları ilə ziddiyyət təşkil edir. Brayan Paarman bildirib ki, tünd rəngli yaylığa bükülmüş qumbara prezident Buşun dayandığı podiumdan 30 metr aralı atılmışdır. Onun sözlərinə görə, qumbara detonasiya qurğusunun işə düşmədiyinə görə partlamayıb. Federal Təhqiqat Bürosunun agenti bildirib ki, qumbara prezident Buş, Gürcüstan prezidenti Mixail Saakaşvili və mayın 10-u Azadlıq meydanında toplaşmış on minlərlə insanın həyatını təhlükə altına alırdı.

XS
SM
MD
LG