Accessibility links

Birləşmiş Ştatlar ilk kəşfiyyat direktorunu təyin etdi - 2005-05-18


Con Neqroponte rəsmi andiçmə mərasimindən sonra Birləşmiş Ştatların ilk kəşfiyyat direktoru vəzifəsinin icrasına başlayır. Prezident Buş cənab Neqropontenin yekdilliklə onun namizədliyini təsdiq etməsindən bir neçə həftə sonra keçirilən rəsmi mərasimdə iştirak edəcək. Con Neqropnte Amerika Birləşmiş Ştatlarının 14 kəşfiiyyat agentliyi, habelə Mərkəzi Kəşfiyyat agnetliyinə rəhbərlik edəcək. Konqres kəşfiyyat direktoru vəzifəsini 2001-ci il sentyabrın 11-i terrir hücumlarını araşdıran müstəqil komissiyanın tövsiyələrinə əsasən, keçən il yaratmışdır. Uzun illər diplomatik vəzifədə çalışmış, ABŞ-ın İraqdakı səfiri olmuş Con Neqroponte ABŞ-ın kəşfiyyat sistemində əsaslı dəyişikliklər edəcəyinə söz vermişdir.

XS
SM
MD
LG