Accessibility links

S.Hüseynin şəkillərini kim çəkib? - 2005-05-20


ABŞ ordusu bu gün Səddam Hüseynin həbsxana kamerasında çəkilən şəkillərinin nümayişi etdirilməsini pisləyərək, bunu Müdafiə Nazirliyinin direktivlərinə zidd adlandırmış və məhbuslarla davranış qaydaları barədə Cenevrə konvensiyasının şərtlərinin pozulması kimi qiymətləndirmişdir. Amerika hərbiçiləri foto-şəkillərin mənbəyinin aşkar ediləcəyinə vəd vermişlər. Onlar bu şəkillərin bir il əvvəl çəkildiyini təxmin edirlər. Qeyd edək ki, şəkillərə ön səhifəsində yer verən Britaniyanın “Sun” qəzeti onları Amerikanın hərbi mənbələrindən əldə etdiyini bildirib. Səddam Hüseyni alt paltarında şəkilləri New York Post qəzeti və televiziya kanalları ilə də nümayiş etdirilmişdir.

XS
SM
MD
LG