Accessibility links

İraqın paytaxtındakı sünni məscidləri bağlanmışdır - 2005-05-21


Cərəyan etməkdə olan təriqətlərarası zorakılıqlara etiraz olaraq bu gün İraqın paytaxtındakı sünni məscidləri üç günlük müddətə bağlanmışdır. Bu addım şiə yaraqlıları tərəfindən üç nəfərin qətlə yetirməsinə cavab aktı kimi qələmə verilir. Şiələr isə bu ittihamı rədd edir. Eyni zamanda İraqın baş naziri İbrahim əl Cəfərinin qonşu Türkiyəyə səfəri başa çatıb. Cənab əl Cəfəri Türkiyənin baş naziri Rəcəp Teyyip Ərdoğan və digər rəsmi şəxslərlə görüşmüşdür. Türkiyə tərəf əsasən İraqın şimalında olan separatçı kürdlər məsələsinə toxunub. Cənab Əl Cəfəri isə İraqda hər hansı bir qruplaşmaya Türkiyəyə xətər yetirməsinə imkan verməyəcəyinə söz verib. O, əlavə edib ki, Kərkükdə İraqın rəngarəng etnik quruluşu əks olunacaq və o, İraqın tərkib hissəsi olaraq qalacaq.

XS
SM
MD
LG