Accessibility links

Livanda parlament seçkilərinə son hazıqlıqlar gedir  - 2005-05-27


Livan seçiciləri son 30 ildə ilk dəfə olaraq, nə İsrail, nə də Suriya qoşunlarının ölkədə olmadığı bir vaxt seçkilərdə iştirak edəcəklər.Seçkilər paytaxt Beyrutda başlayaraq, bir-birinin ardınca dörd bazar günü davam edəcək. Qətlə yetirilmiş baş nazir Rafik Həririnin oğlu, Səad Həriri partiyasından namzidələrin Beyrutda qələbəsinə inanır. Buradakı 19 yerdən 9-u artıq mübarizəsiz onun nümayəndələri tərəfindən əldə edilib. Siyasətə yeni başlamış 35 yaşlı Səad Hərari yeni seçiləcək baş nazir vəzifəsinə potensial namizəd hesab olunur. Suriya əleyhinə olan müxalifət cərğələrində isə parçalanma müşahidə olunur və müxalifət qüvvələrinin gözlədikləri kimi, parlamentdə tələb olunan olan 128 yeri əldə edib-edə bilməyəcəyi aydın deyil.

XS
SM
MD
LG