Accessibility links

İranın Nəzatət Şurası qanun layihəsini təsdiq etdi - 2005-05-28


İran parlamentinin mayın 15-də qəbul etdiyi, hökuməti nüvə texnologiyasının inkişafına məcbur edən qanun layihəsini İranın Nəzarət Şurası da təsdiq edib. Dövlət televiziyasının verdiyi xəbərdə deyilir ki, altı molla və altı vəkildən ibarət olan Nəzarət Şurasının təsdiqi ilə həmin layihə artıq qüvvəyə minib. Bu qanunla İran hökumətindən nüvə yanacağının istehsalı və uranın zənginləşdirilməsi əməliyyatlarına qayıdılması tələb olunur. Qanunda bunun üçün vaxt cədvəli göstərilməyib.

XS
SM
MD
LG