Accessibility links

Rusiya xarici işlər naziri ilə Kondaliza Rays telefonda müzakirələr aparıb - 2005-05-29


Rusuiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət katbi Kondoliza Raysla telefon söhbəti zamanı İraq, İran və digər məsələləri müzakirə edib. Rusiya xarici işlər nazirliyinin verdiyi məlumata görə, söhbəti zamanı gələn ay İraqın bərpası mövzusunda beynəxalq konfrans əsas diqqət mərkəzində olub. Xanım Rays və cənab Lavrovun İranla Avropa Birliyinin vasitəçilərinin nüvə proqramı ətrafında danışıqları davam etdirməsini böyük razılıq hissi ilə qarşıladıqları bildirilir. Xarici işlər nazirliyi bildirir ki, Kondoliza Rays və Sergey Lavrova terrorizm əleyhinə mübarizədə əməkdaşlıq məsələsini və nüvə silahlarının yayılmaması haqda müqaviləyə yenidən baxılmasını nəzərdə tutan keçən həftə başa çatmış konfransı müzakirə etmişlər.

XS
SM
MD
LG