Accessibility links

Pakistan Şpigel qəzetinin yazdıqlarının təhrif olunduğunu deyir  - 2005-05-29


Pakistan rəsmiləri prezident Pərviz Müşərrəfin Alman qəzetinə verdiyi müsahibəsində İranın nüvə bombası istehsal etməyə can atdığı ilə bağlı dediklərinin təhrif olunduğunu bəyan ediblər. Şənbə günü Şpiqel qəzetində dərc olunmuş müsahibədə general Müşərrəfin İranın nüvə bombası istehsal etməyə hədsiz çalışdığını dediyi yazılmışdı. Lakin İslamabadda rəsmilər təkidlə prezident Müşərrəfin Tehranın nüvə silahı əldə etməyə can atıb-atmadığnı bilmədiyini bildirirlər. Bu gün İranın xarici işlər naziri Həmid Reza Asəfi general Müşərrəfin Şpiqelə açıqlama verməsinə şübhə ilə yanaşdığını bildirib. Lakin Tehranın aydın izahat istədyini bəyan edib. Bu insident Pakistanın İranın nüvə proqramının öyrənilməsi üçün Vyanada BMT-nin Nüvə Agentliyinə sentrifuqa komponentlərini göndərdiyini cümə axşamı günü elan etməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG