Accessibility links

Azərbaycanın müxalif və iqtidaryönlü partiyaları arasında dialoqun ikinci dövrəsi də nəticə verməyib  - 2005-06-01


AXCP-nin müvəqqəti qərargahında iqtidaryönlü və müxalif siyasi partiyalar arasında dialoqun ikinci dövrəsi iki saatdan çox davam edən müzakirələrə baxmayaraq nəticəsiz qalıb. Belə ki, tərəflər gündəliyə təklif edilən seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının neytrallığının təmin edilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi məsələləri bağlı hər hansı razılıq əldə edə bilməyib. Danışıqlarda Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Milli İstiqlal, Sosial Rifah, Müsavat, Demokrat və Yeni Azərbaycan partiyalarının təmsilçiləri iştirak edib, həmçinin müzakirələrə ATƏT-in Bakı ofisinin rəhbəri müşahidəçi qismində qatılıb. AXCP sədrinin müavini Fuad Mustafayev müzakirələri səmərəsiz adlandırıb. Onun sözlərinə görə, iqtidaryönlü partiyaların təmsilçiləri sərbəst toplaşmaq azadlığının təmin edilməsi məsələsiinin Bakı şəhər İcra Hakimiyətilə müzakirə etməyi məsləhət bilib. Cənab Mustafayev AXCP-nin gələcək görüşlərdə iştirakla bağlı xüsusi mövqeyinin olacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, danışıqlarda müxalifətin 4 iyunda keçirəcəyi mitinqə icazə məsələsi də müzakirə olunub, lakin tərəflər hər hşansı razılıq əldə edə biləmyib. YAP icra katibinin müavini Mübariz Qurbanlı isə müzakirələri faydalı adlandırıb. O YAP-ın dialoqun lehinə olduğunu bəyan edib. İqtidaryönlü Ana Vətən partiyasının sədri Fəzail Ağamalı seçki məcəlləsi ilə bağlı məsələnin növbəti görüşdə müzakirə ediləcəyini bildirib. Müzakirələrdə razılıq əldə edilməsə də cənab Ağamalı hesab elir ki, müxalifətin mitinqinin keçirməsinə icazə verilməlidir. ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesinin qənaətincə, siyasi iradə olmadan belə görüşlər fayda verməyəcək. "Dialoqun başlanğıcıdır və gələcəkdə davam etdirilməsinə tərəfdaram. Dialoqun olması problemlərin həllinə kömək edə bilər. Bunun həlli üçün isə hər iki tərəfin siyasi iradəsi lazımdır. Siyasi iradə olmadan belə görüşlərin keçirilməsi fayda verməyəcək"-deyə o qeyd edib. Görüş gərgin və qarşılıqlı ittihamlar şəraitində keçməsi isə heç kimdə şübhə doğurmur. Bunu ADP Ali Məclisinin sədri Akif Şahbazovun danışıqları etiraz olaraq yarmçıq tərk etməsi də təsdiq edir. Onun fikrincə, belə formatlı görüşlərdə hər hansı nəticə əldə etmək mükün deyil. Müşahidəçilər hesab edir ki, müxalifət və iqtidar partiyalarının danışıqlarının növbəti dövrəsi baş tutmaya da bilər. Çünki müxalifətin qaldırdığı məsələlər partyalararası deyil, hökumətlə müxalifətin müzakirə mövzusudur.

XS
SM
MD
LG