Accessibility links

Tiananmen meydanında qətlə yetirilənlərin 16-cı ildönümü qeyd edildi - 2005-06-04


On minlərlə adam bu gün Honq Konqda toplaşaraq 16 il bundan öncə Çin hökumətinin Tiananmen meydanında demokratiya istəyən nümayişçiləri qətlə yetirməsini anmışlar. Nümayişçilər qətliyamın videolentlərinə baxmış və kədərli mahnılar oxumuşlar. Onlar Çin hökumətindən 1989-cu ildə qoşun və tanklar vasitəsilə minlərlə nümayişçini öldürməsini etiraf etməsini və buna görə üzr istəməsini tələb edirlər. Bu günün xatirə mərasimi rəsmən Çin ərazisində keçirilən yeganə aksiyadır. Pekinin özündə, Tiananmen meydanında təhlükəsizlik tədbirləri görülmüşdür. Çin hökuməti indiyə kimi də Tiananmen Meydanında baş verən qətliyamı etiraf etməyib.

XS
SM
MD
LG