Accessibility links

İqtisadi böhran Azərbaycanın neft-kimya kompleksinə ciddi təsir edir


Turan Agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı Azərbaycanın neft-kimya kompleksində böhranın təsirlərinin ciddi hiss edildiyini bildirib. Onun dediyinə görə, artıq kompleksə daxil olan beş zavod fəaliyyətini dayandırıb. Minlərlə işçi öz hesabına məzuniyyətə buraxılıb.
Cənab Babalı neft-kimya sənayesinin dünya iqtisadiyyatı ilə bağlı olduğunu bildirib. Bu səbəbdən də buraxılan məhsullar rəqabətə tab gətirə bilmir, anbarlarda qalır.
Ekspert ölkənin neft-kimya sənayesinə xarici investorların önəm verdiyini deyib. Onun fikrincə, yaxın beş ildə sənaye kompleksi tam bərpa olunacaq və rəqabətə davamlı məhsul buraxa biləcək.



XS
SM
MD
LG