Accessibility links

Azərbaycanla ABŞ Trans-Xəzər boru kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə qrant sazişi imzalayacaq


ABŞ Dövlət katibinin iqtisadiyyat, biznes və energetika məsələləri üzrə müavini, ABŞ-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasanın həmsədri Daniel Sallivanın Azərbaycana iki günlük səfəri başlayıb. Cənab Sallivan bu gün İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Dövlət Neft Şirkətində, sabah isə Xarici İşlər Nazirliyində görüşlər keçirəcək, ABŞ Ticarət Palatasında olacaq.

Dövlət katibinin müavini bu gün prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Cənab Əliyev Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyini bildirib. «ABŞ-Azərbaycan formatında həyata keçirilən enerji əməkdaşlığı bütün region üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda enerji layihələrinin inkişafının çox mühüm mərhələsindədir». Cənab Sallivan isə iqtisadi və enerji sahəsində əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə edəcəyini bildirib. «ABŞ-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi sahədə gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. ABŞ ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair anlaşma memorandumu əməkdaşlığın daha da inkişafını zəruri edir»-deyə o qeyd edib.

Müstəqil ekspertlə də ABŞ –Azərbaycan iqtisadi əlaqələrini yüksək qiymətləndirir. İqtisad elmləri doktoru İnqilab Əhmədov Azərbaycanda əsas layihələrin həyata keçirilməsində ABŞ hökumətinın əhəmiyyətli rolunu xüsusi qeyd edir. Ekspert hesab edir ki, Amerikanın strateji maraığnda olan Orta Asiya enerji resurslarının Azərbaycan vasitəsilə qərbə daşınması realaşdıqca iki ölkə arasında iqtisadi əlaqələr daha da güclənəcək.

Sabah Azərbaycanla ABŞ Trans-Xəzər boru kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə qrant sazişi imzalayacaq. Bu barədə son anda Azrəbaycan Xarici İşlər nazirliyi məlumat yayıb.

XS
SM
MD
LG