Accessibility links

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 290 milyon dollar təşkil edir 


AzərTAc Dövlət Agentliyi İqtisadi İnkişaf Nazirliyinə istinadən 2006-cı ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində ABŞ-ın payının 2,5 faiz, o cümlədən idxalda 3,76 faiz, ixracda isə 1,4 faiz təşkil etdiyini bildirir. Agentilyin məlumatına görə, iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 290 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 198 milyon dollar, ixracın həcmi isə 92 milyon dollar təşkil edir. 2005-ci il ilə müqayisədə 2006-cı ildə ümumi ticarət dövriyyəsi 57,2 faiz, o cümlədən idxal 40,1 faiz, ixrac isə 112,9 faiz artıb.
XS
SM
MD
LG