Accessibility links

Amerika və Azərbaycan kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb


Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə görə, Mədəniyyət və Turizm nazirliyi Gəncə, Lənkəran, Xaçmaz, Salyan və Kürdəmirdə kitabxanalarda Amerika mərkəzləri üçün sahələr ayıracaq, internetə ictimai girişi təmin edəcək. Səfirlik isə kitabxanaların inkişaf proqramı üzrə əməkdaşlıq çərçivəsində təqdim edilmiş kompüter, avadanlıq və ədəbiyyatlarla yanaşı mərkəzləri ABŞ haqqında çap və disk kolleksiyaları ilə təmin edəcək. Həmçinin səfirlik mərkəzlərdə danışıq proqramları, mədəni tədbirlər və təhsil mübadiləsi üzrə proqramlar təşkil edəcək. Nazir Əbülfəz Qarayev bildirib ki, ABŞ səfirliyi artıq bir neçə ildir Azərbaycanda kitabxana işinin inkişafına yardım edir. Onun sözlərinə görə, memorandum proqramın ikinci mərhələsi zamanı görüləcək işləri nəzərdə tutur. Cənab Qarayev ABŞ Azərbaycan mədəniyyəti ilə bağlı başqa layihələrin də reallaşmasında da yaxından iştirak etdiyini deyib. ABŞ səfiri Enn Dersi isə ölkəsinin Azərbaycanda regional kitabxanalara sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Amerika mərkəzlərinə giriş pulsuzdur və cəmiyyətin bütün üzvləri üçün açıqdır.
XS
SM
MD
LG