Accessibility links

ABŞ senatoru Bob Korker Bakıda səfərdədir


ABŞ Senatoru Bob Korker ikitərəfli münasibətlərin geniş spektri ilə tanış olmaq üçün Azərbaycana gəlib.O prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Əfqanıstanda və İraqda aparılan antiterror əməliyyatlarında fəal iştirakını yüksək qiymətləndirib. Cənab Əliyev isə Azərbaycanla ABŞ arasında əməkdaşlığın çox geniş sahələri əhatə etdiyini və bu əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.ABŞ-ın Azərbaycandakı səfirliyi bildidid ki, ilk dəfə senator kimi Tennesi ştatından seçilən Respublikaçı Bob Korker bir sıra yüksək rütbəli hökumət rəsmiləri, deputatlarla görüşəcək. Senator həmçinin hökumət və özəl şirkət nümayəndələri ilə enerji məsələləri üzrə fikir mübadiləsi aparacaq.

XS
SM
MD
LG