Accessibility links

ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatında Azərbaycanda real vəziyyət əks olunub 


Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova «Amerikanın səsi» radiosuna bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə üçün həm hüquqi baza, həm də xüsusi təchizat orqanları yaradılıb. Komissiya sədri Azərbaycanın insan alveri üçün tranzit və mənbə ölkə olmaması üçün ardıcıl mübarizə aparıldığını deyib. Onun sözlərinə görə, məsələ Milli fəaliyyət proqramında və daxili işlər orqanlarının fəaliyyətində çox ciddi əhəmiyyət kəsb edir. Xanım Aslanova insan alverinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsini də vacib sayır. «Təmiz dünya» təşkilatının sədri Mehriban Zeynalova ABŞ Dövlət Departamentinin hesabatının ölkədəki reallıqları tam əks etdiyirdiyini bildirib. Onun sözlərinə görə, son illər hökumət bu sahədə müəyyən addımlar atır və son iki ildə 95 nəfərin qurbana çevrildiyi aşkarlanıb. Ancaq bu hələ reallıq demək deyil. Xanım Zeynalovanın fikrincə, Azərbaycan insan alveri üçün həm mənbə, həm də tranzit ölkədir. O ölkədə uşaq və qadınların hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərə nisbətdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Ancaq yenə də qadın və uşaqlar daha çox istismara məruz qalan qrupdur. Hüquq müdafiəçisi Azərbaycanda insan əməyinin istimarı hallaırının olduğunu desə də, ən çox Azərbaycan vətəndaşlarının əməyinin Rusiya və Türkiyədə istismar olunduğunu vurğulayıb.
XS
SM
MD
LG