Accessibility links

ABŞ səfirliyinin Bakıda «İçərişəhər» memarlıq qoruğuna qayğısı 


Azərbaycanın Müasir İncəsənət Mərkəzində ABŞ səfirliyinin təşəbbüsü ilə "Gözdən itən Bakı" foto-sərgisinin açılışı olub. Sərgidə fotomüsabiqəyə təqdim olunmuş 100 fotoşəkildən 60-ı nümayiş etdirilir. ABŞ səfiri Enn Dersi fotomüsabiqənin qalidlərinə mükafıatlar təqdim edib. Səfir bildirib ki, 2000-ci ildə «İçəriшəhər» YUNESKO-nun ümumdünya mədəni irsi abidələri siyahısına daxil edilmilib. Bununla yanaşı, o, son illərdə zəruri mühafizə tədbirlərinin olmamasının və geniş tikinti işlərinin «İçəriшəhər»in vəziyyətinə mənfi təsir göstərməsindən təəssüfləndiyni önə çəkib. Səfir neft bumu zamanı qəдim irsin qorunmasına xüsusi fikir verilməsinin vacibliyini vurğulayıb. «İçərişəhər» Dövləi Tarix Memarlıq Qoruğu idarəsinin rəisi Kamran İmnaov «Amerikanın səsi» radiosuna bildirib ki, «İçəriшəhər»də son illər bir sıra yeni binalar tikilib. Onun sözlərinə görə, artıq bir ildir ki, qoruq ərazisində bütün yeni tikililər dayandırılıb və bərpa işləri başlayıb. Cənab İmanov qoruq ərazisinə yük maşınlarının girişinin qadağan edildiyini deyib. Onun sözlərinə görə, vaxtaşırı qoruq üçün maneələr yaradan bir sıra şirkətlərin ofislərinin «İçərişəhərdə qalıb-qalmaması məsələsinə də baxılacaq.
XS
SM
MD
LG