Accessibility links

ABŞ prezidenti Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib


ABŞ prezidenti Corc Buş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. Təbrikdə deyilir ki, sübh çağının ilkin işığı ilə başlayan və Islam dininin ən müqəddəs vaxtı olan Ramazan Quranın Məhəmməd peyğəmbərə vəhv olunması ayıdır. İbadət edən müsəlmanlar oruc tutduqları və namaz qıldıqları günləri Allah qarşısında borclarını yerinə yetirirlər. Ramazan həmçinin müsəlmanların ailə və icma əlaqələrini gücləndirmək və ehtiyacı olanlarla Allahın verdiyi nemətləri bölüşmək imkanı verir. «Amerika öz torpağında çoxsaylı dinləri cəmləşdirib. Bizim müsəlman vətəndaşlarımız cəmiyyətimizi zənginləşdirir. Qoy Ramazan bayramının müqəddəs günləri bizlərə şəfqətli olub, başqaları üçün xeyirxah işlər görməyi yadımıza salsın. Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı Sizlərə çatdırırıq. Ramazan bayramınız mübariək!»-deyə təbrikdə deyilir.
XS
SM
MD
LG