Accessibility links

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla MDB-nin parçalanmasının əsasını qoyub



Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ABŞ vitse-prezidenti Dik Çeyni Azərbaycan rəhbərliyi ilə enerji, təhlükəsizlik, Gürcüstana dəstək və Azərbaycanın Rusiya-Gürcüstan müharibəsinə mövqeyinin dəqiqləşdirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.

Politoloqun fikrincə, Azərbaycanın açıq tekstlə Gürcüstanı müdafiə etməsinin Rusiyanın və Ermənistanın təzyiqlərini artıra bilər.

O Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesində də yeni situasiyanın yarandığını düşünür. "Artıq nizamlanma prosesində ABŞ, Fransa və Rusiyanın bir yerdə olması mümkün deyil"-deyə o qeyd edib.

Ə.Oruclu hesab edir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanımaqla MDB-nin və Kollektiv Təhlükəsizlik Müqaviləsinin süquta uğramasının başlanğıcını qoyub. "Çünki bu təşkilatlara üzv dövlətlərlə Rusiyanın mövqeləri üst-üstə düşmür".

XS
SM
MD
LG