Accessibility links

Azərbaycnın müxalif yönümlü ictimai-siyasi təşkilatları forum keçirib


Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin təşəbbüsü ilə çoxsaylı siyasi və ictimai təşkilatların Milli Forumu keçirilib. ACP sədri Akif Şahbazov cənab Quliyevin çıxışını iştirakçılarfın nəzərinə çatdırıb. Cənab Quliyev ölkədəki ictimai-siyasi təşkilatların ümumi prinsiplər uğrunda birgə mübarizəsini vacib sayır. O siyasi partiyaların birgə mübarizəsi olmadığı halda 2008-ci il prezident seçkilərində məğlubiyyəti labüd sayır. «Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus çıxışlarında söz azadlığının qorunmasının əhəmiyyətini vurğulayıb. Xanım Yunus bildirib ki, hazırkı vəziyyətdə Azərbaycan müxalifətinin beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var. AXCP sədri Əli Kərimli hesab edir ki, mövqeləri yaxın olan ictimai-siyasi təşkilatlar fundamental azadılıqlar uğrunda mübarizədə səylərini birləşdirməlidir. Bununla əlaqədər xalqın və beynəlxalq ictimaiyyətin dəstəyinə də böyük ehtiyac duyulur. Forumda ümumi prinsiplərin əksini tapdığı memorandum imzalanıb. Tədbir iştirakçıları həçmiinin azad seçkilərin keçirilməsi, mətbüuat azadlığına və jurnalistlərə qarşı təzyiqlərin dayanldarlamasına kömək məqsədilə BMT baş katibinə, Avropa Şurasına və ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət qəbul edib.
XS
SM
MD
LG