ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi və Amerika Şurasının Bakı ofisinin başçısı Şeyn Ostinin iştirakı ilə Amerikanın "Açıq dünya" təşkilatının mübadilə proqramının təqdimatı olub.
Proqram çərçivəsində Azərbaycandan hər biri 4 nəfərdən ibarət olan iki qrup 10 gün ərzində Hyuston və Mayami şəhərlərində tədbirlərdə iştirak edəcək.
Nümayəndə heyətinin üzvləri ABŞ-ın dövlət və bələdiyyə institutlarının fəaliyyəti ilə tanış olacaq, təhsil işçiləri, hüquqşünas və biznesmenlərlə əməkdaşlıq edəcək.
"Açıq dünya" ABŞ Konqresinin mübadilə proqramı həyata keçirən yeganə təşkilatıdır. 1999-cu ildən proqramda postsovet ölkələrindən12 mindən çox hazırkı və gələcək liderlər iştirak edib.