Accessibility links

Azərbaycanda gənclər 17 gündür aclıq edir


Aclıq aksiyasının 17-ci günü iştirakçıların vəziyyəti ağır olaraq qalır. Aclıq edənlərdən biri «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseyn dünən ağır vəziyyətdə xəstəxanya köçürülüb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Namiq Feyziyev, Turan Əliyev və Emin Məmmədov isə artıq ayağa qalxa bilmir, ürək və qarın nahiyyələrindəki kəskin ağırlar içərisində çabalayırlar. Gün ərzində aclıq edənləri dəfələrlə təcilli tibbi yardım stansiyasının həkimləri müayinədən keçirsə də ağrılar azalmır. 3 saylı təcili tibbi yardım stansiyasının həkimi Arzu Hüseynov gəncləri aclığı dayandırmağa çağırsa da Namiq Feyziyev və Turan Əliyev universitetlərə bərpa olunmayınca aksiyanın davam etdirəcəklərini bəyan edib. Həkimin sözlərinə görə, gəncələrin nəbzləri dəqiqədə 50-52 dəfə vurur, ciyərləri genişlənib, böyrəklərində problemlər yaranıb. Bu gün ombudsman Elmira Süleymanova da aclıq edənlərə baş çəkib. O jurnalistlərə bildirib ki, təhsil naziri gənclərin universitetlərə bərpa olunmasının əleyhinə deyil, ancaq rektorlar hələ qərarlarında israrlıdır. Ombudsman problemin həllilə bağlı planını da açıqlayıb. Onun fikrincə, ilk növbədə aclıq edənlər xəstəxanaya getməyə razı olmalıdır. Xanım Süleymanova həmçinin Respublika Hərbi Komissarlığına müraciət edərək Namiq Feyziyev və Turan Əliyevə 1 il müddətinə hərbi xidmətdən möhlət verilməsini xahiş etməyə hazır olduğunu deyib. O hesab edir ki, yaya kimi onlar sağlamlıqlarını bərpa edib, imtahanları verərək ali məktəblərə bərpa oluna bilər. Lakin bu təklif də aksiya iştirakçılarını qane etməyib. Bu gün müxalifətdə olan gənclər təşkialtalırının Forumu da aclığı dayandırmaq barədə müraciət qəbul edib. Sənəddə deylir ki, iqtidar gəncləri 2005-ci ildəki fəallıqlarına görə cəzalandırır, gənclər isə aclıq aksiyası ilə bu repressiyalardan qorxmadıqlarını nümayiş etdirir. «Səhhətlərinə təhlükə yarandığı üçün aclıq aksiyası dayandırılmalı, ali məktəbə bərpa üçün mübarizənin uyğun formaları seçilməlidir. Biz aclığı dayandırmağı xahiş edirik. İqtidardan isə gənclərə qarşı repressiyalara son qoymağı, onların oxuduqları ali məktəblərə bərpa olunmalarını tələb edirik»-deyə müraciətdə qeyd olunur.
XS
SM
MD
LG