Accessibility links

Azərbaycan Demokrat partiyasında qarşıdurma


Rəsul Quliyev sədrlik etdiyi ADP sıralarından xaric edilib. Bu barədə ADP-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sərdar Cəlaloğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ADP sədri partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olduğunudan üzvlükdən xaric edilib. Cənab Cəlaloğlu Rəsul Quliyevin partiyadan xaric edilməsini onun şəxsi nöqsanları ilə bağlayıb. O ADP-nin bunldan sonra da müxalifətdə qalacağını bildirib. Eyni zamanda, iqtidarla dialoq məsələsi gündəlikdə qalır. Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev 1998-ci ildən ADP-yə rəhbərlik edir. 1998-2000-ci illərdə o bu partiyanını həmsədri, 2000-ci ildən sonra isə sədridir. Dünən Rəsul Quliyevin tərəfdarları Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının qərargahında toplantı keçirib. Onlar da qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıb. Təşkilat komitəsinin üzvü Aydın Quliyev ADP sədrinin partiyadan çıxıralması ilə bağıl Sərdar Cəlaloğlunun bəyanatının gülüş doğurduğunu bildirib. Onun sözlərinə görə, hazırda Sərdar Cəlaloğlu partiyanını sıravi üzvüdür və fevralın 10-da ADP sədrinin sərəcamı ilə onun rəhbərlik etdiyi təşkilat komitəsinin fəaliyyəti dayandırılıb. Yeri gəlmişkən onu da bildirim ki, hər iki tərəf partiyanın nizamnaməsinin tələblərindən çıxış edir və ADP-nin növbəti qurultayına hazırlaşır.
XS
SM
MD
LG