Accessibility links

Azərbaycanın sabiq səhiyyə və iqtisadi inkişaf nazirlərinin


Nəsimi Rayon Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs müddətinin daha 4 ay uzadılması barədə qərar qəbul edib. Hər iki nazirin həbs müddətinin uzadılması barədə təqdimatı Respublika prokuroru verib və sabiq nazirlər məhkəməyə gətirilmədən qərar çıxarılıb. Əli İnsanov və Fərhad Əliyev ötən il oktybarın 20-də həbs olunub. Onlar Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan müxalifətdəki Demokrat partiyasının sədri Rəsul Quliyevlə əlaqəyə girərək dövlət çevrilişinə cəhdə və iğtişaşa hazırlıqda ittiham olunurlar. İttihamlar Rəsul Qluiyevin ötən il parlament seçkiləri qabağı Azərbaycana dönmə cəhdindən sonra irəli sürülüb. Vəkil Toğrul Babayev Amerikanın səsi radiosuna Əli İnsanova qarşı irəli sürülən ittihamları uydurma adlandırıb. Vəkil cənad İnsanovun həbs müddətinin uzadılmasını isə sabiq nazirə qarşı yönəldilmiş cəza tədbiri kimi qiymətləndirir. Vəkil Adil İsmayılov da sabiq iqtisadi inkişaf nazirinə qarşı irləi sürülən ittihamları əsassız adlandırıb. Cəanb İsmayılovun fikrincə, məhkəmə insanın özü olmadan onun haqqında həbs qəti imkan tədbiri barədə qərar qəbul etməsi düzgün deyil. Hüquq müdafiəçiləri də məhkəmənin qərarına etiraz edir. Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə, həbs qəti imkan tədbirinin uzadılması hakimiyyətdaxili çəkişmələrin başa çatmamasından xəbər verir.
XS
SM
MD
LG