Accessibility links

ABŞ Ticarət nazirinin müavini Azərbaycanı korrupsiyaya qarşı ciddi addım atmağa çağırıb 


ABŞ Ticarət nazirinin müavini Devid Səmpsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilib, Azərbaycandakı beynəlxalq biznes icması qarşısında çıxış edib, «McDonalds-Azerbaiyan» şirkətinin əlil uşaqların Müalicə Mərkəzinə «Mercedes» markalı mikroavtobusun hədiyyə edilməsi mərasimində iştirak edib. Cənab Səmpson beynəlxalq biznes icması qarşısında çıxışında bildirib ki, strateji mövqeyi və böyük enerji ehtiyatları sayəsində Azərbaycanda iqtsiadi artım 2006-cı ildə 34 faizə çatıb. «Bununla da Azərbayca analoqu olmayan bu artım sürətini davam etdirmək üçün əsas yaradıb. ABŞ Azərbaycanın inkişafını və müstəqilliyini ilk illərdən ardıcıl olaraq dəstəkləyir. Azərbaycanla ABŞ artıq güclü müttəfiq və starteji partnyorlardır. Biz terorizmə qarşı mübarizədə müttəfiqik, qlobal enerji təhlükəsizliyinə nail olmağa çalışırıq, azadlığa və demokratiyanın inkişafına təkan verən iqtisadi və siyasi islahatları həyata keçirmək istəyirik». Nazir müavininin sözlərinə görə, 2006-cı ildə dünya üzrə Azərbaycan iqtisadiyyatındakı artım əvvəlki illə müqasiədə iki dəfə artaraq 17,5 milyard dollara çatıb. Xarici şirkətlərin bir il ərzində Azərbaycana qoyduğu investisiya müstəqillikdən sonrakı on il ərzindəki investisiyaların həcmi qədərdir. «İnkişafın böyük hissəsi Azərbaycanın enerji ehtiyatlarının payına düşür. Bu isə növbəti on ildə enerji ehtiyatlarından əldə ediləcək dörddə bir trilyon dolların daxil olmasının yalnız başlanğıcıdır. Neft və qazdan gələn gəlirlərin bütün ölkəni dəyişmək potensialı var. Əsas məsələ xalqın arzularını reallaşdıracaq çoxşaxəli, çiçəklənən iqtisadiyyatın əsasını qoymaq üçün Azərbaycan liderlərinin bu tarixi imkandan necə istifadə edəcəkləridir. Azərbaycanın digər ölkələrin, neftdən əlavə öz təbii ehtiyatlarından düzgün istifadə etməyə nail olmuş Norveç və Bəhreyinin yolu ilə getmək imkanı var. Məsələn, Azərbaycanın güclü nəqliyyat və texnologiya infrastrukturunun yaradılması istəyi regionun uzunmüddətli iqtisadi imkanlarını genişləndirmək üçün həlledicidir. İqtisadiyyatın bütün sahələrinə sərmayə cəlb edəcək bir mühitin formalaşdırılması mühüm addımdır.» Cənab Səmpsonun fikrincə, Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq haqqında hesabatına əsasən korrupsiya bu gün Azərbaycanda biznes qurmağa mane olan ən əsas faktorldur. «Hökumətin korrupsiyanı əsas faktor kimi tanımasına baxmayaraq, bu problemi aradan qaldırmaq üçün təcili olaraq sistemli və davamlı bir proqrama ehtiyac var. Azərbaycan gömrük, lisenziylaşdırma və vergi funksiyalarının şəffaf, ardıcıl, və səmərəli idarə olunması üçün addımlar atmalıdır. Azərbaycan hökumətinin Dövlət Neft Fondunu yaratmaq yolu ilə enerji gəlirlərinin şəffaf idarə edilməsi və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki səyləri də irəliyə atılmış müsbət addımlardır». O hesab edir ki, dünya iqtisadiyyatına inteqrasiya və investorlara müsbət siqnalın göndərilməsində mühüm bir addım Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasıdır. «ABŞ bu məqsədi möhkəm dəstəkləyir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində irəliləyişi ölkənin beynəlxalq standartlara cavab vermək və ədalətli biznes mühiti yaratmaq arzusuna bir işarədir. ABŞ Azərbaycana bütün vətəndaşlarının rifah halını yüksəldəcək sabit, çiçəklənən bazar iqtisadiyyatı qurmaqda kömək etməyə sadiq qalır».
XS
SM
MD
LG