Accessibility links

Daniel Sallivan: ABŞ Xəzər bölgəsində dərin və uzunmüddətli maraqlara malikdir


Son bir ildə ABŞ Azərbaycanda işbirliyini demokratiya və demokratik islahatlar, təhlükəsizlik sahəsində əməkdaşlıq və enerji əməkdaşlığı və iqtisadi islahatlar kimi üç istiqamət üzrə gücləndirib. Bu barədə ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə müavini Daniel Sallivan bu gün Azərbaycan Dillər universitetindəki ABŞ Tədris Mərkəzindəki çıxışında bildirib. O ABŞ-ın Xəzər bölgəsində dərin və uzunmüddətli maraqlara malik olduğunu deyib. « ABŞ Azərbaycanın firəvanlığı, müstəqilliyi və suverenliyinin təmin edilməsinə kömək işinə sədaqətlidir». O, Azərbaycanın qlobal enerji təhlükəsizliyində aparıcı rolu, regional təhlükəsizlikdə mühüm əməkdaşlığı, Avropa və Mərkəzi Asiya arasında strateji mövqeyilə ABŞ-ın əsas tərəfdaşı olduğunu bəyan edib. «Bakı-Tbilisi-Ceyhan neft kəmərini bu əməkdaşlığın rəmzi və Azərbaycanın regional liderliyini reallığa çevirən mühüm elmentdir». D.Sallivan enerji sahəsində əməkdaşlıq ənənəsini daha da gücləndirməyi ön plana çəkib. «Xəzər enerji inkişafında Azərbaycanın ofşor sektorunda neft və qaz istehlasını artırmaq, Gürcüstan və Türkiyəyə təbii qaz ixracaatını artırmağı davam etdirmək, Azərbaycandan Yunanıstana və İtaliyaya qaz eksportuna başlamaq, Nabukko kəmər layihəsi üzərində işi davam etdirmək, Azərbaycanın və mümkün olduğu halda Orta Asiya qazının Mərkəzi Avropaya nəqli, Türkmənistan və Qazaxıstanadək yetişən Azərabycanın neft və qaz tranziti ölkəsi kimi yer tutması mərhələsi vaxtı yetişib». Korrupsiya və şəffaflıq məsələsinə toxunan D.Salivan Azərbaycan hökumətinin korrupsiya əleyhinə mübarizəni gücləndirməli olduğunu deyib. «Ticarət müqavilələr bağlamaq və qlobal iqtisadiyyata inteqrasiyası ilə Azərbaycanın siyasi institutları təkmilləşəcək və daha səmərəli olacaq. Qlobal iqtisadiyyatda uğur qazanmaq üçün millətin ədalətli və şəffaf qanun sisteminə, vətəndaş təşəbbüsünü artıran azad bazara, xalqa xidmət edən bank sisteminə, xarici kapitalı xoş qarşılayan və yerli sahibkarı dəstəkləyən biznes mühitinə ehtiyac var. ABŞ Azərbaycanın işgüzar dairələrinə korrupsiyanın biznes mühiti üçün ən böyük risk olduğunu dəfələrlə söyləyib». Onun fikrincə, Azərbaycanın antikorrupsiya planına daxil olmalı olan vacib addımlar bunlardır: çirkli pulların yuyulmasına dair qanunun qəbul edilməsivə bu qanunun icrası üçün maliyyə kəşfiyyatı idarəsi kimi institutun yaradılması; hökumət rəsmilərinin maliyyə vəsaitləri haqda məlumatların ictimaiyyət açıqlanması; dövlət alqı-satqı prosesinin və dövlət vəsaitlərinin idarə edilməsinin şəffaf, rəqabət, açıq şərtlərlə aparılması; Korrupsya ilə mübarizəyə qarşı Dövlət Qrupunun və BMT Konvensiyasının öhdəliklərinə cavab vermək üçün son müddətin təyin edilməsi; hökumtəin vətəndaş cəmiyyətinin iştirakı ilə müntəzəm monitorinq və hesabatlar prosesinin aparılması; korrupsiya halları barədə (jurnalistlərin mühakimə olunmaq və ya şəxsi ziyan çəkmək qorxusu olmadan) obyektiv məlumat verəmlələri məqsədilə müstəqil, etik ivə peşəkar medianın olması və hökumət tərəfindən peşəkar medianın qorunması. Dövlət katibinin müavini Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) qəbulunu da vacib sayır. «DTT-yə üzvülük ticarət və kapital cəlb etmək üçün zəruri olan qanuni və səlahiyyətli mühitin yaranmasına kömək edəcək. Prezident İlham Əliyevin DTT-yə daxil olmaqda öhdəliyi və Azərbaycanın ticarət rejimini DTT-nin razılığına gətirmək üçün gündəlikdə duran qanunverici məsələ Azərbaycanın razılaşma prsesini yenidən gücləndirib. ABŞ Azərbaycanın DTT-yə qəbulunu dəstəkləyir və ikitərəfli danışıqlar aparmaq istəyir». Cənab Sallivan «Amerikanın səsi» radiosunun sualının cavabında Türkmənistanın öz qazını dünya bazarına çıxarmaqda çoxşaxəli kərmərlərin olmasında, o cümlədən Xəzər kəmərinin olmasında maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Nabukko kəmərini doldurmaq üçün Xəzər regionunuda bir neçə mənbə var. «Bu kommersiya qurumlarının marağından asılı olacaq». O İranın nüvə proqramı və bu proqramın dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini diqqətə çatdırıb. «Amerikanın səsi»nin sualının cavabında dövlət katibinin müavini İrana qarşı sərt iqtisadi embarqo tətbiq edilərsə qonşu dövlətləri də iqtisadi münasibətlərində ehtiyatlı olmağa çağırıb.
XS
SM
MD
LG