Accessibility links

ABŞ İrana münasibətdə öz maraqlarını və müttəfiqlərinin ərazi müstəqilliyini qoruyacaq 


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakıda Amerika Təhsil mərkəzində Azərbaycan vətəndaşlarının suallarına interaktiv yola cavab verib. Xanım Dersinin ünavanına Azərbaycanın bölgələrindən 170 sual daxil olub. O təsadüfi seçmə üsulu ilə bir çox suala cavab verib. Səfir Amerikanın İranla müharibəyə başlaması ehtiamlı və bundan Azərbaycanın ziyan çəkəcəyi ilə bağlı sualın cavabında bildirib ki, ABŞ İranla qarşıdurma axtarmır. «ABŞ şübhəsiz ki, öz maraqlarını və müttəfiqləriinin ərazi müstəqqilliyini müdafiə edəcək. Biz neçə illərdir problemdən diplomatik və sülh yolu ilə çıxış axtarırıq. Nüvə silahı ilə silahlanmış İran nə Azəırbaycanın, nə ABŞ-ın, nə də dünyanın marağında deyil. Amerika İranın beynəlxalq öhdəliklərinə tam uyğun olan nüvə inkişafı hüququnu tanıyır. Əslində dünya ictimaiyyəti İranın buna diplomatik yollə nail olmasının yolunu göstərir. ABŞ deyir ki, əgər İran uranın zənginləşdirilməsi fəaliyyətini dayandırsa beynəlxalq ictimaiyyətlə birlikdə ona kömək edəcək. Biz indii də diplomatik və sülh yolu ilə çıxış yolları axtarmağa davam edirik. BMT Təhlükəsizlik Şurasının 1737-ci qətnaməsi beynəlxalq ictimaiyyətin istədiyi kimi İranı diplomatik və sülh yolu seçməyə dəvət edir. Əlavə edərdim ki, prezident Buşun da dediyi kimi ABŞ-ın İran xalqı ilə davası yoxdur və biz öz müstəqilliyi uğrunda İran xalqı ilə yaxın gələcəkdə də əməkdaşlıq edəcəyik». Xanmı Dersi Qəbələ sakininin ABŞ-ın Azərbaycana köməyi ilə bağlı sualına da cavab verib. «Azərbaycandakı siyasi və iqtisadi islahatlar ölkənin inkişafına təsir edəcək. Azərbaycan istedadlı və zəhmətkeş xalqı olan ölkədir. Enerji yataqlarının zənginliyindən bəhrənərək, əgər bu zəngin gəlirlər dürüst istifadə olunarsa, yaşayış səviyyəsinin yüksəlməsinə, parlaq gələcəyə səbəb olacaq. İqtisadi islahatlar açıq və möhkəm iqtisadiyyatın yaranmasına, işgüzar keyfiyyətin yüksəlməsinə və yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Siyasi islahatlar isə Azərbaycanın öz seçdiyi məqsədə nail olmasına, yəni demokratik ölkə olmasına, insanların ölkənin idarə olunmasında iştirakının təmin olunmasına şərait yaradacaq. ABŞ Azərbaycanın böyük dostu və əməkdaşı kimi bu məqsədləri dəstəkləyir". Səfir Xocalı soyqırımı ilə bağlı sualının cavabında faciə ilə bağlı məlumatlı olduğunu deyib. "Mən bu faciə ilə bağlı kitablardan oxumuşam. Dünən isə faciədən salamat qalmış bir xanımla dərin emosional görüşüm olub. Başa düşürəm ki, bu nə dərəcədə kədərli hadisədir. Bu Azərbaycan tarixində faciəli bir səhifədir. Mən dəhşətli faciə zamanı özündə cəsarət tapıb xilas olanların şücaətinə valehəm. Bir daha ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə olan sədaqətini bildirirəm. ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həll olunmasında səylərini əsirgəməyəcək. Bu isə regionda sülhə, əminamanlığa səbəb olacaq», ABŞ səfiri dinlə bağlı sualın cabaında Azərbaycanın güclü dini dözümlülük və qarşıqılı hörmət ənənələrinə malik ölkə olduğunu bildirib. «ABŞ və Amerika xalqı dünyanın ən böyük dinlərindən biri olan İslama böyük hörmət bəsləyir və dünyanın ən böyük sülh dini kimi qəbul edir. Minnətdaram ki, müsəlman ölkəsində olan xristian nümayındəsi kimi bu zəngin ölkənin din taxrixi barədə öyrənə bilirəm. Mən Azərbaycanda məmnuniyyətlə məscidlər və məbədləri ziyarət edirəm və dini liderlərlə ünsiyyətdə olmuşam, gələcəkdə də bu ünsiyyəti davam etdirmək istəyirəm». ABŞ səfiri quş qripi ilə bağlı Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirdiyini də vurğulayıb. «Amerika Azərbaycan hökümətinə quş qripi ilə bağlı kömək göstərməsindən məmnundur. Əməkdaşlıq bu gün də davam edir. Quş qripi virusla yaranır, viruslar isə sərhəd tanımır. Quş qripi ilə mübarizə qlobal problemdir, problemin həlli üçün qlobal səylər və hər bir vətəndaşın mübarizəsi tələb olunur. Azərbaycan hökümətinin quş qripinin qarşısını almaq səylərini yüksək qiymətləndirirəm. Azərbaycan gözəl beynəlxalq vətəndaşdır. Ona görə ki, o quş qripi aşkar edən zaman analizləri dərhal beynalxalq labarotariyalara təkrar müayinəyə göndərir. Bu çox mühüm bir fəaliyyətdir. Çünkü bu ölkələrə imkan verir ki, xəstəlik aşkar edilən kimi tədbirlər görülsün. Amma adi vətəndaşlar da problemin qarşısını almaq üçün çoxlu iş görə bilərlər»-deyə o qeyd edib.
XS
SM
MD
LG