Accessibility links

ABŞ prezidenti Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib


ABŞ prezidenti Corc Buş Respublika günü münasibətilə Azərbaycan prezidentini və xalqını təbrik edib. Cənab Buşun təbrikində dyelir ki, Amerika və Azərbaycan arasında sıx və konstruktiv əlaqələr mövcuddur. «Biz demokratiya və insan hüquqlarını, enerji təhlükəsizliyi və regional sabitliyi inkişaf etdirmək üçün birgə çalışırıq». ABŞ prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına sadiq qaldığını bildirib və Azərbaycan xalqına qarşıdakı illərdə sülh və tərəqqi arzulayıb.
XS
SM
MD
LG