Accessibility links

ABŞ müdafiə nazirinin müşaviri Azərbaycanda təhlükəsizlik məsələlərini müzakirə edib   


ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri Piter Rodmənin başçılıq etydiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilib, müdafiə, milli təhlükəsizlik və xarici işlər nazirləri ilə müzakirələr aparıb. AzərTac Agentilyinin məlumatına görə, Piter Rodman Azərbaycan prezident ilə görüşdə səfərinin məqsədinin iki ölkələ arasında təhlükəsizlik məsələlərinə dair diaoluqu, tərəfdaşlığı daha da genişləndirmək oldduğunu bildirib. “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Birləşmiş Ştatların strateji maraq dairəsindədir. Biz mövcud tərəfdaşlığı yüksək qiymətləndiririk və Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq”. Azərbaycan prezidenti isə təhlükəsizlik, antiterror əməliyyatları və digər sahələrdə uğurla inkişaf edən tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. “Biz enerji təhlükəsizliyinin müxtəlif aspektləri, regional əməkdaşlıq məsələləri üzərində işləyirik. Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir”. Cənab Rodmənin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Ageentiliyin-ANAMA-nın sədri Nazim İsmayıılovla görüşdə isə Azərbaycan ərazilərinin minalardan təmizləniməsi məsələləri diqqətdə olub. Nazim İsmayılov Azərbaycan ərazilərinin minalardan təmizlənməsində ABŞ-ın rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, agentilyin işlərinin 80 faizi ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirlir. Cənab İsmayılov Azərbaycan mütəxəsislərinin hazırlanmasında da ABŞ-ın mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, hətta agentilyin İrnala həmsərhəd əraziyə yaxın bazasında ABŞ bayrağı qaldırılanda qonşu İran tərəfi narahat olub. Cənab Rodmən isə ABŞ-ın ANAMA-nı işini yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, agentlik çətin və üğürlü işlər həyata keçirir. «Sizin işiniz çətin və nümunəvidir. Maliyyə məsələləriniz isə şəffafdır. Mən agentilyin maliyyə məsələləri ilə bağlı dövlət departamenti qarşısında məsələ qalıdıracam». O jurnalistlərin sullarının cavabında Azərbaycana səfərinin məqsədini də açıqlayıb. «Azərbaycana dövlət katibinin tapşırığı ilə gəlmişik. Azərbacan ABŞ trateji tərəfdaşıdır. Bu əməkdaşlığa iqtisadi, siyasi, humanitar və təhlükəsizlik məsələləri daxildir. Mən isə təhlükəsizlik məsələlərini müzakirə etmişəm. Son bir ayda yüksək səviyyəli ABŞ nümyaəndə heyətləri də Azərbaycana gəlib və bu məsələləri müzakirə edib». O «Amerikanın səsi» radiosununu ABŞ İrana qarşı münasibətlərində Azərbaycanı özünə tərfdaş hesab edirmi sualına isə belə cavab verib. «ABŞ Azərbaycanla strateji tərəfdaşdır. Azərbaycanın təhlüukəsizliyi bizim üçün çox vacibdir. Çalışacağıq ki, Azərbaycanla bağlı hər hansı problem yaransa onun təhlükəsizliyini təmin edək».
XS
SM
MD
LG