Accessibility links

ABŞ mütəxəssisləri Azərbaycanda dəmir yolunun minalardan təmizlənməsini öyrədir


ABŞ-ın hərbi dəniz piyadaları qüvvələrinin Avropa komandanın müavini Endrü Devis başda olmaqla ABŞ hərbi nümayəndə heyəti Azərabycana üç günlük səfərə gəlib. ABŞ-ın Azərbaycan səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henikin sözlərinə görə, E.Devis Gəncə və Xanlarda olub və ANAMA-nın (Minaların Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi) fəaliyyətilə maraqlanıb. ANAMA-nın rəhbəri Nazim İsmayılov «Amerikanın səsi» radiosuna bildirib ki, iki həftə ərzində 5 ABŞ mütəxəssisl ANAMA-nın Xanlar və Tərtər bazalarında dəmir yollarının minalardan təmizlənməsi tədbirləri üzrə treninqlər keçirəcək.
XS
SM
MD
LG