Accessibility links

ABŞ dövlət katibinin iqtsadiyyat, energetika və biznes məsələləri üzrə müavini Azərbaycana gəlib


Azərbaycan rrezidenti İlham Əliyev ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini, ABŞ-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Daniyel Sullivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAS dövlət agentilyinin məlumatına görə. Daniyel Sullivan səfərinin əsas məqsədinin ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun Birgə İqtisadi Əməkdaşlıq Komissiyasına çevrilməsi barədə hökumətlərarası sazişin imzalanması olduğunu bildirib. «Prezident İlham Əliyevin ABŞ-a səfərindən ötən müddətdə iqtisadi əlaqələrin sürətlə inkişafı belə bir Komissiyanın yaradılmasını zəruri edir». Dövlət katibinin müavini ABŞ-ın Azərbaycanla qeyri-neft sektorunda da fəal əməkdaşlıq etməkdə maraqlı olduğunu və rəhbərlik etdiyi nümayəndə heyətinin əsasən qeyri-energetika sahəsini təmsil etdiyini bildirib. «Nümayəndə heyətinə ABŞ-ın mühüm dövlət orqanları və nazirliklərinin nümayəndələrinin daxil olması ABŞ-ın Azərbaycan ilə iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə önəm verməsinin göstəricisidir». Azərbaycan prezidenti isə səfərin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. «Ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini qaldırmaq üçün hər iki tərəf maraqlıdır. İqtisadi əməkdaşlığın yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da uğurla inkişaf etməsi önəmlidir».
XS
SM
MD
LG