Accessibility links

Amerika Azərbaycanda parlamentə təkrar seçkilərin demokratik keçəcəyinə ümid edir


ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Ceyson Haland Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla bu il mayın 13-də Milli Məclisə 10 seçki dairəsi üzrə keçiriləcək təkrar seçkilərlə bağlı fikir mübadiləsi aparıb. Görüşdən sonra cənab Holand seçkilərin azad və demokartik keçiriləcəyinə ümid etdiyini bildirib. O seçkiqabağı vəziyyəti normal qiymətləndirib. "Eyni zamanda, bir sıra qanun pozuntuları ilə bağlı məlumatlar da almaqdayıq. Hesab edirik ki, həm Mərkəzi Seçki Komissiyası, həm də seçkilərdə iştirak edən bütün tərəflər leqal vasitələrlə problemlərin qarşısını alacaq ki, azad və ədalətli seçki keçirmək mümkün olsun. ABŞ hökuməti də seçkilərin azad və demokratik keçirilməsi üçün xidmətini göstərməyə çalışır. Ötən seçkilərdə olduğu kimi bu dəfə də exit-roll keçirilməsini təşkil edir, görünməz mürəkkəbin gətirilməsinə yardım edir. Yerli müşahidəçilərin təmsil olunmasına dəstək verir. Səfirliyin işçiləri 10 dairənin hamısında müşahidə aparacaq". AŞ-nin Azərbaycanın seçki qanunvericiliyinə təklif etdiyi dəyişikliklərlə bağlı sualının cavabında C.Holand məsələnin təkrar seçkilərdəen sonra müzakirəsinin mümkünlüyünü bildirib.
XS
SM
MD
LG