Accessibility links

ANS teleradiosunun yayımı bərpa edilib


Azərbaycanın Milli Teleradio Şurası sabah saat 12.00-dan ANS televiziyası və ANS ÇM radiosunun yayımının bərpa edilməsi barədə qərar qəbul edib. Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün keçirdiyi mətbuat konfransında bildirib. Teleradio Şurası ANS-in yayımının dayandırılması barədə noyabrın 24-də qərar qəbul etmişdi. Telekanalın yayımının dayandırılması geniş beynəlxalq və yerli narahatçılığa səbəb olub. Dünyada tanınan xadimlər, beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti xüsusi bəyanatlarla çıxış edib. Cənab Məhərrəmli isə yayımın bərpasında ölkə prezidentinin xoşməramlı təşəbbüsünün, ziyalıların, idmançıların, KİV redaktorlarının müraciətinin və geniş ictimai marağın nəzərə alındığını bildirib. Bununla yanaşı, o ANS-in yayımı ilə bağlı son hüquqi qərarın teleradionun tezliyinə müsabiqə başa çatdıqdan sonra veriləcəyini deyib. Cənab Məhərrəmlinin fikrincə, müsabiqədə kim qalib çıxarsa tezlik ona veriləcək, sadəcə Teleradio Şurası tezliyin uzun müddət boş qalmamasını istəyir. Teleradio Şurasının sədri ANS-in tezliyndə yayımlanan «Azadlıq», «Amerikanın səsi» və BBS-nin verilişlərinin taleyi ilə bağlı sualın cavabınqda bildirib ki, özəl teleradioların tezliklərində hər hansı xarici teleradionun verilişləri retransliyasiya oluna bilməz və 2007-ci ilin yanvarından bu məsələyə ciddi yanaşılacaq.
XS
SM
MD
LG