Accessibility links

Azərbaycanda jurnalistin apellyasiya şikayətinə baxılır


«Gündəlik Azərbaycan» qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin apellyasiya şikayətinə baxılıb. Baş redaktor deyib ki, iki ay öncə MTN-dən ona əfv ərizəsi yazmaq üçün müraciət olunub və jurnalist vəkili ilə birgə əfv üçün anketi doldurub. «Çox ümid edirdim ki, beynəlxalq təşkilatların tələbindən sonra Azərbaycan hökuməti həbsdə olan bütün jurnalistləri azad edəcək. Azadlığa çıxan həmkarlarımı təbrik edirəm. Zahidov qardaşlarının və mənim həbsdə olmağım isə Azərbaycan üçün böyük biabırçılıqdır». Cənab Fətullayev məhkəmənin ədalətli qərar çıxaracağına ümid etdiyini bildirib. «Mənə bəraət verilməsini və haqqımda həbs hökmü çıxarmış məhkəmə heyətinin cəzalandırılmasını istəyirəm. Hüquqlarımı Avropa İnsan Hüquqları Məhkəməsində qorumaqda qərarlıyam və bundan sonra bir daha əfv ərizəsi yazmayacam». Cənab Fətullayev terrorçuluqla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib. Vəkil İsaxan Aşurov jurnalistin məqaləsinə görə həbsini biabırçılıq adlandırıb. Vəkilin sözlərinə görə, cənab Fətullaev də Apellyasiya məhkəməsini bu biabırçılığa son qoymağa çağırıb.
XS
SM
MD
LG