Accessibility links

Azərbaycanın "Aqrarkredit" Cəmiyyəti doqquz min kənd təsərrüfatı istehsalçısına kredit ayırıb


"Aqrarkredit" Kredit Səhmdar Cəmiyyəti qeyri-bank kredit təşkilatı kimi ötən il 1 mln. manat mənfəət əldə edib. Səhmlərinin 99 faizi Maliyyə Nazirliyinə məxsus olan bu kredit təşkilatı 29 mln. manat məbləğində 8,9 min hüququi və fiziki şəxsə kredit verib. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında "Aqrarkredit" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Məmməd Musayev bildirib. Onun sözlərinə görə, verilən kreditlərin coğrafiyası genişdir və ölkənin bütün regionlarını əhatə edir. Səhmdar Cəmiyyəti Sahibkarlığa Yardım Fondunun da agent bankı kimi çıxış edir. O 2007-ci ildə səhmdar cəmiyyətinin yeni siyasətlə çıxış etdiyini də ldiqqətə çatdırıb. Cənab Musayevin sözlrəinə görə, kəndlərdə inkişaf tempi çox sürətli olduğundan kreditə tələbəat da kəskin artıb. "Aqrarkredit" Səhmdar Cəmiyyətinin sədri qeyd edib ki, hökumət bu maliyyə institutunun əsasında bank yaratmağı planlaşdırır. «Gələcəkdə bu bank xarici investorların və yerli fermerlərin iştirakı ilə özəlləşdiriləcək».
XS
SM
MD
LG