Accessibility links

Avropa Şurasının Azərbaycanla bağlı qətnaməsi realdır


Azərbaycanın hüquq müdafiə təşkilatlarının monitorinq qrupu AŞPA-nın Azərbaycanın öhdəliklərini yerinə yetirmə vəziyyəti haqqında qətnaməsi ilə bağlı konfrnas keçirib. Monitorinq qrupunun üzvü Səidə Qocamanlının sözlərinə görə Avropa Şurasının rəhbərləri Azərbaycandakı qanunsuzluqlar haqqında geniş məlumatlıdır. Hüquq-müdafiəçisi Monitorinq Qrupunun təklifi ilə qətnaməyə əlavə üç bəndin salındığını da bildirib. Xanım Qocamanlı ölkədə siyasi məhbusların sayının durmadan artıdığını bildirib. Onun sözlərinə görə, hazırda 53 siyasi məhbus var. O mətbuata qarşı təzyiqlərin artıdğını xüsusi vurğulayıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropa Şurasında ölkədə məhkəmələrin sifarişlə işləməsi və çoxsaylı qanun pozuntularına yol verməsi ilə bağlı danışıqlar aparıldığını deyib. Onqun sözlərinə görə, son 15 ildə bir məhkəmə çəkişməsində belə müxalif tərəf udmayıb. Hüquq müdafiəçisi Səadət Bənənyarlının sözlərinə görə, Avropa Şurasını Azərbaycanda jurnalistlərin həbsi və fiziki təzyiqlərə məruz qalması ən çox maraqlandıran məsələlərdəndir.
XS
SM
MD
LG