Accessibility links

Azərbaycan şiələri Aşura gününü qeyd edir


Azərbaycan şiələri Aşura gününü - Məhəmməd peyğəmbərin nəvəsi İmam əl-Hüseyn ibn Əlinin ölümünün növbəti ildönümünü qeyd edir. O hicri tarixi ilə 61-ci il məhərrəm ayının 10-da (miladi tarixi ilə 10 oktyabr 680-ci ildə) indiki İraqın Kərbəla şəhəri yaxınlığındakı Kərbəla çölündə əməvi qoşunları ilə bərabər olmayan döyüşdə qətlə yetirilib. Azərbaycanın bütün şiə məscidlərində mərasimlər keçirilib. Mərasimlərdə İmam Hüseynin ölümü canlandırılır, matəm bayraqları və şüarlar asılıb, ağılar deyilir.

Bu mərasimlərdə hətta bəzi iştirakçılar zəncirlərlə özlərinə ağır zərbələr endirir, başlarını yarır. Ancaq son illər Azərbaycanda zəncirlə bədənə ağır zərbələr endirmə və baş yarma ənənəsi tədricən donor qanının verilməsilə əvəzlənməkdədir. Belə ki, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlmanları kimsəsiz insanlara kömək məqsədiilə məhz Aşura günü bədəndən qan çıxarmaq əvəzində könüllü qanvermə kampaniyasına çağırıb və o özü binici qan verib. Cənab Paşazadə hər il bu ənənəni davam etdirir. Bu il də bütün Qafqazın şeyxi özü birinci qan verib və onun çağrışına minlərlə insan qoşulub.

Hemetologiya institutunun direktoru Azad Hacıyev «Amerikanın səsi» radiosuna bildirib ki, gün ərzində minlərlə insan qanvermə kampaniyasında iştirak edib. Onun sözlərinə görə, yığılan qan talesimiyalı xəstələrə köçürülür. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də Aşura günü qan verib. Xanım Dersi həm də Azərbaycanda Aşura cünü qan verən ilk səfirdir və azərbaycanlıların bu humanist hərəkətlərinin təsiri altındadır. «İraqda yaşamışam və Aşura günü ilə bağlı yaxşı məlumatlıyam. Azərbaycanda insanların bu gün qan verməsi məni çox təsirləndirib. Məhz insnalar qana ehtiyacı olanlara bu yolla yardım edir. Aşura gününə göstərilən şövq yalnız belə aksiya ilə təcəssüm oluna bilər. ABŞ-da da belə dəyərlərlərə böyük üstünlük veririk. Mən Azərbaycan mədəniyyəti, humanizmi ilə bağlı çox eşitmişəm və insanların bu təşəbbüsü Azərbaycan mədəniyyəti və humanizmi ilə tam üst-üstə düşür».

ABŞ səfirliyinin ictimai əlaqlər şöəsinin rəhbəri Conatan Henik isə qan verəndən sonra Azərbaycanın bu ənənəsinin dünyada yayılmasının vacibliyini bildirib.

XS
SM
MD
LG