Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentinin Sankt-Peterburq görüşünü hazırlamaqdır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib. Cənab Məmmədyarov «Amerikanın səsi» radiosunun Laçın dəhlizi məsələsi ilə bağlı sualının cavabında bildirib ki, Dağlıq Qarabağdan Ermənistana gedən yol bəllidir.

O, nizamlanmanın fəlsəfəsindən danışarkən deyib ki, ilk öncə Dağlıq Qarabağın ətrafında yerləşən bütün rayonlardan erməni qoşunları çıxarılmalı, sülhməramlı qoşunlar yerləşdirilməli, məcburi köçkünlər geri qaytarılmalı, Naxçıvan da daxil olmaqla, bütün kommunikasiya qurğuları bərpa edilməli, yollar açılmalı, nəqliyyat əlaqələri qurulmalıdır.

Nazir Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyü ilə bağlı sualın cavabında deyib ki, «bu qəbuledilməzdir». Prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışıqların ekspertlər səviyyəsində davam etdirilməsinin mümkünlüyü ilə bağlı «Amerikanın səsi»nin sualının cavabında xarici işlər naziri "çətin məsələdir" deyə bildirib.

XS
SM
MD
LG