Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda görüşlər keçirəcək


Noyabrın 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan rəsmiləri ilə görüşlərə başlayacaq. Artıq amerikalı həmsədr Metyu Brayza və rusiyalı həmsədri Yuri Merzlyakov Bakıdadır. Gecə saatlarında isə fransalı həmsədr Bernar Fasye Bakıya gələcək. Bir sıra rəsmlər son zamanlar Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı Moskva bəyannaməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına real yol açdığını deyir. “Turan” agentliyinin məlumatına görə isə yaxın zamanda Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər edəcək. Agentlik eyni zamanda ilin sonunadək Türkiyə və Ermənistan prezidentini yeni görüşünün olacağını da bildirir.

XS
SM
MD
LG