Accessibility links

Azərbaycanda «Vergi İnformasiya Sistemi» layihəsi tətbiq edilb


Azərbaycan Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi-AVİS layihəsinin təqdimatını keçirib. Təqdimat mərasimində Prezidentin İcra Aparatının nümayəndələri, baş nazir Artur Rəsizadə, hökumət üzvləri, dövlət şirkətlərinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycanda akreditə olunmuş diplomatik korpusların təmsilçiləri iştirak edib. Vergilər naziri Fazil Məmmədov layihənin tətbiqinin vergi sisiteminin təkmilləşdirilməsi sahəsində böyük nailiyyət adlandırıb. Onun fikrincə, bu elektron hökumətin yaradılması yolunda ilk addımdır. Nazir bildirib ki, proqram Şərqi Avropa və MDB məkanında ən qabaqcıl layihədir. Hər bir vergiödəyici layihə vasitəsi ilə vergi bəyannaməsini həyata keçirə bilər. Vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, laiyhə on-layn sisemində işləyəcək və kağız süründürməçiliyini aradan qaldıracaq, insanların müraciətlərinə baxılmasını, vergi orqanları arasında yazışmaları asanlaşdıracaq, vergilərin ödənilməsinin qanunvericiliyə uyğunluğunu tam təmin edəcək.Onun sözlərinə görə, yeni sistem bundan öncə 35 günə başa gələn hər hansı bir əməliyyatı bir neçə saata həyata keçirməyə imkan verəcək. Türikyə səfirliyinin maliyyə müşaviri Bünyamin Özgürün fikrincə, layihəniin tətbiqi Azərbaycanın gələcəyi üçün önəmlidir. ABŞ Xəzinədarlıq idarəsinin nümayəndəsi Tom Bari bildirib ki, sistemin həyata keçirilməsinin əsas məqsədi şəffaflığın və vergi ödəyicisi ilə vergilər nazirliyi arasında qarşılıqlı inamın möhkəmlənməsidir. «Layihənin tətbiqi region ölkələri üçün bir numunədir. Ümid edirəm ki, bu təqdimat həm də başqa nazirliklərin elektron hökumətə keçməsi üçün bir nümunə olacaq. Laiyhə həm də əhalinin vergiləri könüllü ödəməsinə gətirib çıxaracaq».
XS
SM
MD
LG