Accessibility links

Avropa Birliyinin Daimi Şurası Azərbaycanda jurnalistlərin həbsindən narahatdır


Avropa Birliyinin Daimi Şurası "Realnıy Azərbaycan" qəzetinin redaktoru Eynulla Fətullayevin iki il yarım müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı narahatçılıq ifadə edib. Buna görə Avropa Birliyi ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsinin Azərbaycan hakimiyyətini cinayət təqibinə moratorium qoymağa çağırışını dəstəkləyib. "Lakin biz böyük təəssüflə öyrəndik ki, mayın 4-də daha iki jurnalist - Rafiq Tağı və Samir Sədaqətoğlu "fəlsəfi esse"yə görə üç və dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər". Xəbəri Turan agentğilyüi yayıb. Daimi Şura hesab edir ki, bu qərar Bakıda keçirilmiş KİV-in tolerantlığın qorunmasında rolu haqqında beynəlxalq konfransda Avropa Birliyinin və ATƏT-in xüsusi nümayəndələri Piter Semnebi və Mikloş Xaraştiyə verilmiş müsbət inandırmalara kökündən ziddir. «Baxmayaraq ki, hakimiyyət ANS telekanalının yayımına lisenziya verib, biz Azərbaycan tərəfinin mətbuat fəaliyyətinin jurnalistlərin professional səviyyəsinin aşağı olduğuna görə cinayət məhkəmələri ilə tənzimlənməli olduğu haqda mövqeyini qəbul edə bilmərik. Buna görə də biz Azərbaycanı Mikolaş Xaraştinini İlham Əliyevə bu yaxınlarda ünvanladığı təklifi nəzərə almağa və böhtana görə cinayət təqibinə mümkün olduğu qədər tez bir zamanda moratorium qoymağa və qanunvericiliyin böhtan haqqında müddəalarının islahatına başlamağa çağırırıq", - deyə bəyanatda qeyd edilir. «Avropa Birliyi xatırlatmaq istərdi ki, Azərbaycan hakimiyyəti jurnalistləri təqib və zorakılıqdan qorumaq istəyini büruzə verməlidir. Bu cəhətdən biz hakimiyyəti KİV nümayəndələrinə qarşı bütün pozuntu hallarını, ilk öncə Elmar Hüseynovun 2005-ci ildə qətlini və bu yaxınlarda Üzeyir Cəfərova basqını araşdırmağa çağırırıq. Biz bir daha demokratik cəmiyyətdə fikir azadlığının vacibliyini vurğulayırıq və Azərbaycana xatırladırıq ki, mətbuatın azad və qorxusuz işləyə biləcəyi atmosferin yaradılması - Avropanın yeni qonşuluq siyasətində qeyd edilmiş prioritetdir. Bu prinsip həmçinin Azərbaycan və Avropa Birliyi arasında imzalanmış Fəaliyyət Planında öz əksini tapıb, eyni zamanda ölkənin Avropa Şurasına və ATƏT-ə qəbul olunarkən üzərinə götürdüyü öhdəlikdir", - bu sözlər bəyanatda xüsusi qeyd edilir
XS
SM
MD
LG