Accessibility links

Sabah Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək


Sabah Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayacaq. Bu günki mətbuat konfransında UEG (Avropa Gimnastika Federasiyası) vitse-prezidenti Jorj Qelzek (Georges Guelzec) yarışın yüksək səviyyədə keçəcəyinə ümid etdiyini bildirib. Bakıdakı Avropa çempionatı bu ilin payızında Yunanıstanda Pekin Olimpiadası- 2008 iştirakçılarını müəyyən etmək üçün lisenziyalı turnir olacaq dünya yarışması öncəsi son böyük yarışdır. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib ki, Azərbaycan idmançılarının Avropa çempionatında iştirakı artıq uğurdur. Yığmanın məşqçisi Valentina Ukleina öz növbəsində bildirib ki, son illər ərzində Azərbaycan gimnastları sənətdə xeyli irəliləyiblər və yarışda ilk yerlər uğrunda mübarizə apara bilərlər. 29 iyun - 1 iyulda keçiriləcək Avropa çempionatında 33 ölkədən 200-dən artıq gimnast iştirak edəcək. Fərdi yarışlarda mükafat uğrunda 31 ölkənin 80 gimnastı mübarizə aparacaqlar. Yeniyetmələrin komanda yarışlarında 25 kollektiv 6 medal komplekti uğrunda mübarizə aparacaq.
XS
SM
MD
LG