Accessibility links

Aİ nümayəndəsi Dağlıq Qarabağın erməni və azərbaycan icmaları arasında əlaqənin yaradılmasını vacib hesab edir


Avropa İttifaqının Cənubi Qafqaz ölkələrəi üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələri ilə görüşlər keçirib. Xüsusi nümayəndə eyni zamanda Sabiarabad rayonunda yaşayan qaçqınlara baş çəkib, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov, Qaçqınkomun sədri, baş nazirini müavini Əli Həsənovla da görüşlər keçirib. Görüşlərdə Azərabycanda Avropa İttifaqı nümayəndəliyinin açılması, "Yeni Qonşuluq Siyasəti" çərçivəsində fəaliyyət planının yerinə yetirilməsi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü istiqamətində aparılan işlər müzakirə olunub. Cənab Semnebi həmçinin Azərbaycanda KİV nümayəndələri üçün azad mətbuatın fəaliyyəti barədə treninq və seminarların keçirilməsini təklif edib. «Mənim qaçqınlarla görüşümün səbəbi vəziyyətlə tanış olmaq və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatların və Avropa İttifaqının köməyinin nədən ibarət olacağını öyrənmək idi. Hesab edirəm ki, qaçqınlar tezliklə öz doğma yurdlarına qayıtmalıdır»-deyə cənab Semnebi vurğulayıb. Xüsui nümayəndə seçki məsələlərinə də toxunub. «Seçki məsələsi çox vacibdir. Azərbaycanda mətbuat azadlığı məsələlərini də müzakirə etmişik. Bu məsələ də, birbaşa olmasa da dolayısı ilə seçkilərlə bağlıdır». Cənab Semnebi Ermənistan-Azərbaycan münaqişəsinin niazmalanması ilə bağlı sualın cavabında bildirib ki, Aİ münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun vasitəçiliyini dəstəkləyir. «Biz güman etmirik ki, hansısa qurum Minsk qrupunu əvəz edə bilər. Təəssüf edirik ki, bir vaxtlar münaqişənin nizamlanmasına olan nikbinlik, indii məyusluqla əvəzlənib. Müsbət mesajların olmasına baxmayaraq prezidentlər və xarici işlər nazirlərinin son görüşündən sonra heç bir irəliləyiş yoxdur. Biz hər iki tərəfin icmaları ilə işləyirik və hesab edirik ki, icmalar arasında əlaqə yaratmaq mərhələsi çatıb. Avropa İttifaqının Azərbaycan və Ermənistanla əlaqələri olduğunudan regionun inkişafına da kömək edə bilər». O görüşlərində mətbuat azadlığı məsəsini də müzakirə etdiyini bildirib. «Görüşlərimdə islahatlar və mətbuat azadlığı məsələsini müzakirə etmişəm. Hökumət üzvləi promblemləri bilir. Azərbaycan keçid dövründə yaşayır və islahatları bir gündə həyata keçirmək mümün deyil. Avropa İttiafqı mətbuat azadlığı məsələsini dəstəkləyir, yerli rəsmilər də bizimlə eyni fikirdədir. Ancaq bunun həyata keçirilməsi üçün vaxt lazımdır». Cənab Semnebi Xocalı faciəsinin qurbanları ilə də görüşüb. «Mən düzünü deyim, Xocalıda yaxın qohumlarını itirmiş insanlarla görüşəndə çox həssas hisslər keçirdim. Müharibə cinayətləri mənə yaxşı tanışdır. Çünki Balkanlarda Avropa Birliyinin nümayəndəsi işləmişəm. Hesab edirəm ki, bütün cinayətlər tanınmalıdır». O Azərbaycanda yeni qonşuluq siyasətinin həyata keçirilməsi üçün yaxın üç ildə Avropa İttifaqının 100 milyon avro ayıracağını da deyib.
XS
SM
MD
LG