Accessibility links

Avropa Şurası və Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalayıb     


Bakıda Avropa Şurası və Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası arasında «Azərbaycanın Korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək» layihəsinin icrası üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi olub. Layihəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentilyi (USAİD) maliyyələşdirir və ümumi dəyəri 800 min ABŞ dollarıdır. Avropa Şurasının Əməkdaşlıq Departamentinin rəhbəri Giovanni Palmieri bildirib ki, layihənini əsas məqsədi Avropa və digər beynəlxalq standartlara , GRECO və MONEYMALın tövsiyyələrinə uyğun olaraq korrupsiyanın qarşısının alınması və nəzarət vasitəsi ilə Azərbaycanda demokratiya və qanunun aliliyinə töhvə verməkdir. Azərbaycan Prezidentinin icra aparatının rəhbəri, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın sədri Ramiz Mehdiyev Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə bütün Konvensiyalara qoşulduğunu bildirib. Onun sözlərinə görə, USAİD-in iştirakı ilə 2007-2001-ci illər üçün «Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya» hazırlanıb və prezident tərəfindən təsdiq olunub. «İki il ərzində həyata keçiriləcək bu layihə Azərbaycanın Avropanın demokratik dəyərləri və prinsiplərini dəstəkləməsinə bir daha sübutdur. Biz Avropa Şurası ilə əməkdaşlığı dəstəkləyirik». Prezidinetin İcra Aaparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, sənədin icrası GREKO-nun tövsiyələri və müsbət təcrübəsinə uyğun təkmilləşdirilmiş antikorrupsiya çərçivəsinin müəyyən edilməsinə kömək edəcək. «Sənəd müvafiq tərəfdaş təsisatlarla əməkdaşlıq şəaritində korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlar öyrənilməklə yerli qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq hüquqi çərçivənin səmərəli icrasına şərait yaradacaq. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması üçün şəbəkə və sistemin formalaşdırılması, çirkli pulların yuyulması və terrorçuluğun maliyələşdirilməsinə qarşı mübarizənin Avropa və beynəlxalq standartlara uyğun aparılmasında Azərbaycan hakimiyyətinə milli və beynəlxalq səviyyədə əməkdaşlığın həyata keçirilməsi üçün imkanlar yaradacaq. Dövlət qulluğu sahəsində etik qaydalar və maraqların toqquşması ilə bağlı sənədlərin səmərəli idarəedilməsini institusionallaşdırmaqla və geniş tədqiqiatlar vasitəsilə korrupsiyanın qarşısını alma bacarıqlarını artıracaq».
XS
SM
MD
LG