Accessibility links

Avropa Şurası Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri ilə maraqlanır


«Xarici işlər naziri Elmar Məmmədyarovla Azərbaycanın öhdəliklərini necə yerinə yetirdiyini müzakirə etdik. Həmçinin qarşıdan gələn prezident seçkisinə hazırlıq işləri ilə də maraqlandıq. Müxtəlif məqamlar üzərində müzakirələr aparırıq. Səfərimizin yekunları ilə bağlı hesabat hazırlayacağıq və mövqeyimizi ondan sonra açıqlayacağıq». Bu barədə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel xarici işlər naziri ilə görüşdən sonra bildirib. Cənab Herkel hələ də Azərbaycanın yaxşı seçki keçirə biləcəyinə ümid etdiyini deyib. “Azərbaycan beynəlxalq birliyi ədalətli seçkilərə inandırmaq üçün öhdəliklərinə ciddi yanaşmalıdır. Bizi əsasən siyasi məhbuslar, mətbuat azadlığı, seçkilər və ölkədə olan radikal mühit maraqlandırır”. Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Yevgeni Jivkova fevralın 4-dən Azərbaycanda səfərdədir. Məruzəçilər fevralın 8-nə qədər Bakıda müzakirələr aparacaq.
XS
SM
MD
LG