Accessibility links

Avropa Şurası Azərbaycanda dövlət hakimiyəti səlahiyyətlərinin bələdiyyələrə  veriləməsini istəyir     


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stasi Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Səfər zamanı Covanni Di Stasi xarici işlər və ədliyyə nazirliyində, Mərkəzi Seçki Komissiyasında və Bakı Şəhəri İcra hakimiyyətində görüşlər keçirib. Görüşlərdə bələdiyyələrin işinin təkmilləşdirilməsi, Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması məsələləri müzakirə ediləcəkdir. Avropa Şurası yerli və regional hakimiyyət Konqresinin prezidenti Covanni di Stazinin bildirib ki, Azərbaycanda dövlət hakimiyyəti səlahiyyətlərinin yerli orqanlara verilməsi həll edilməlidir. «Bu, Azərbaycanın qoşulduğu Avropa yerli idarəetmə Xartiyasının tələblərindən biridir». C.Stazi şəhər merlərinin əhali tərəfindən seçilməsinin vacibliyini qeyd edib. O, öncə bu praktikaya paytaxtdan başlanmasının zəruri olduğunu bildirib. "Əlbəttə, biz bilirik ki, bu sabahın işi deyil. Lakin hazırda bu məcrada müzakirələr aparmaq gərəkdir". YRHK aparatının rəhbəri Vlrix Bohner xatırladıb ki, hələ 2003-cü ildə Konqress Bakıda yerli şəhər özünüidarəetmə orqanının yaradılmasını tövsiyə etmişdi. Bundan başqa Azərbaycanda Milli Bələdiyyələr Assosiasiyasının yaradılması məsələsinə də toxunulub. Bohnerin sözlərinə görə, AŞ ölkələrindən yalnız Monako, San-Marino və Azərbaycanda belə assosiasiya yoxdur. Lakin qonaqlar Norveç yerli və regional hakimiyyətlər Assosiasiyasının, "Vətəndaş Cəmiyyəti Uğrunda" qeyri-hökumət təşkilatının fəal yardımı ilə prosesin başlanmasından razı qaldıqlarını bildiriblər. Səfər zamanı YRHK nümayəndələri 135 bələdiyyədə təkrar seçkilər məsələsini də müzakirə edib.
XS
SM
MD
LG